NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü qeyd olunub

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun rəhbər heyəti və əməkdaşları 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Ümummilli  Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.

"Şərq qapısı" xəbər verir ki, milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə oktyabrın 1-də Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev  və prokurorluğun şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər, eləcə də Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər.

Nəşr edilib : 01.10.2025 16:26