Prezidentin köməkçisi: Azərbaycan süni intellekt s...
16:28 26.10.2026
0
0
0
Azərbaycan-Ermənistan münasibətləri haqqında danışanda səmimi olmalıyıq. Müəyyən çox acı xatirələr var ki, biz gözümüzü bağlayıb o xatirələri Azərbaycan xalqının yaddaşından silə bilmərik. Bu da bizim tariximizin və mədəniyyətimizin bir hissəsinə çevrilir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisi Azərbaycanın revanş almaq niyyətində olmadığını, lakin əbədi sülhün bərqərar olunması istiqamətində hələ də görüləsi çoxlu tədbirlərin və təşəbbüslərin olduğunu vurğulayıb.
Digər xəbərlər