İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xid...
16:51 26.10.2026
0
0
0
Torpaqlarımız işğal altında olduğu 30 il ərzində biz Azərbaycana qarşı yönəlmiş dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.
Prezidentin köməkçisi qeyd edib ki, CNN müddət əvvəl bölgədəki münasibətlərimizi poza biləcək çox təhlükəli bir məlumat dərc edib. “Bu, Azərbaycan əleyhinə yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi idi. Yəni, təkcə jurnalistlər və peşəkar media deyil, həm də diplomatlar bu dezinformasiyanın hədəfi oldular”, -deyə Hilmət Hacıyev qeyd edib.
Digər xəbərlər