NAXÇIVAN :

04 Iyun 2025, Çərşənbə

Prezident İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib YENİLƏNİB

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının energetika naziri Sərdar Avais Əhməd Xan Leqarini qəbul edib.

"Şərq qapısı" xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirildi.

Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulandı.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edildi.

Görüşdə ölkələrimiz arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparıldı.

Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət etdi.

Nəşr edilib : 02.06.2025 15:09