NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Pərviz Şahbazov: Qalıq yanacaqlardan tələsik imtina uğurlu enerji keçidi demək deyil

...

Son dövrlərdə baş verən qlobal böhranlar və enerji sektoru, qlobal təchizat zəncirləri, kəşfiyyat və məlumat mərkəzlərinin üzləşdiyi ciddi fasilələr göstərdi ki, qalıq yanacaqlardan tələsik imtina uğurlu enerji keçidi demək deyil. Əsas məqsəd bütün ekoloji çağırışların öhdəsindən gəlməyə qadir olan təmiz, təhlükəsiz və dayanıqlı enerji sistemini optimal sürətlə qurmaqdır.

"Şərq qapısı" xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın açılış mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

"Bu yeni reallıqda yeni generasiya gücləri ilə yanaşı, elektrik şəbəkələrinin inkişafı, enerji saxlanc sistemləri, enerji səmərəliliyi və interkonnektorların yaradılması da eyni dərəcədə əhəmiyyətlidir.

Azərbaycanın COP29 sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər məhz bu yanaşmaya əsaslanırdı.

Bu günədək 74 ölkə Qlobal Enerji Səhmləri və Şəbəkələri üzrə Paktına, 70 ölkə Hidrogen Bəyannaməsinə, 64 ölkə isə Yaşıl Enerji Paktına qoşulub", - deyə P.Şahbazov qeyd edib.

Nəşr edilib : 07.09.2026 10:40