Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adam...
20:06 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Və ya ac toyuq yuxusunda darı görər...
Son vaxtlar sosial şəbəkə seqmentlərinin gündəmindən düşməyən bir mərəkə diqqətimi cəlb etdi. Macar-Amerikan milyarder Corc Sorosla erməni baş nazir Nikol Paşinyanı bir-birinə nə bağlayır? Doğrudanmı Nikol Paşinyan Amerika vətəndaşı milyarder Corc Sorosun uşağıdır?
Doğrudanmı “cənab” Soros Ermənistanda demokratik təsisat qurmaq istəyir? Həm də Paşinyanın öz təklifi ilə? Təbii ki, bu inandırıcı gəlmir insana.
Əlbəttə ki, burada bir paradoks var.
Paradoks ondadır ki, nə Corcu, nə də Paşinyanı ideal cəmiyyət və ya cəmiyyətlər maraqlandırmır.
Bir də axı adı keçən şəxslər kimdir ki, ideal cəmiyyət də qursunlar?
Ümumiyyətlə, məsələnin əsl motivi belədir. Ermənistan müharibədə Azərbaycana məğlub oldu. Buna görə də Paşinyan öz xalqının gözündən düşdü. İndi də xalqın başını məşhur yalanlar ilə qatmaq üçün amerikalı milyarder Sorosdan istifadə etməyə çalışır Paşinyan.
Bəs bunu necə etmək istəyir o?
Paşinyan erməniləri inandırmağa çalışır ki, torpaq vermək planı ondan əvvəlki rəhbərlərin imiş... Yəni guya o, “plan müəlliflərini” gündəmə gətirir ki, özü arxa fonda qalsın. Başqaları tənqid hədəfinə çevrilsin.
Ən iyrənc planı isə odur ki, guya “Azərbaycan güclü deyilmiş, nə bilim bəzi dövlətlər əsassız olaraq Azərbaycanın arxasında dayandı” və sairə.
Təbii ki, erməni riyakarlığı, hiyləgərliyi, həyasızlığı artıq erməniyə kömək etməyəcək.
Sorosla olan işbirliyi isə belədir.
B planı daha dəhşətlidir. Paşinyan özünü inandırmağa çalışır ki, ölkəsini məğlub edərək 30 il işğal altında saxladıqları Qarabağı düşmən tapdağından xilas edən Azərbaycanda da, Sorosun çirkli, haram pulları hesabına qarışıqlıq yarada bilər.
Lakin bu xülyadır. Buna güclü Azərbaycan dövləti heç vaxt imkan verməz ki, xaos ölkəyə “ayaq” açsın. Azərbaycan xalqı yaxşı bilir ki, xaosu, anarxiyanı yaxına buraxmaq olmaz. Çünki AXCP-Müsavat cütlüyünün hakimiyyəti dövründəki özbaşınalığı unutmayıb Azərbaycan xalqı.
Zaman Ermənistanın əleyhinə işləyir. Bu yerdə amerikalı 94 yaşlı qoca Corca üzümü tutub deyirəm: Səndən çevriliş edən zad çıxmaz. Get, məşhur “demokratiya” nağıllarını ermənilərə danış, ermənilərsə bəh-bəhlə xəyal quraraq səni dinləsinlər.
Məşhur Azərbaycan deyimi var: “Ac toyuq yuxusunda darı görər”.
Fariz QULİYEV
Digər xəbərlər