Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək...
19:30 15.01.2025
0
0
0
Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.
"Şərq qapısı" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.
Baş nazir A.Koştanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Avropa İttifaqı Şurasının Prezidentini Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb.
N.Paşinyan Ermənistan-Aİ əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.
Tərəflər gələcəkdə münasib vaxtlarda dialoqu davam etdirməyi razılaşıblar.
Digər xəbərlər