Qarabağ Universitetində Ümummilli Lider Heydər Əli...
11:42 12.12.2024
0
0
0
Bunu "Şərq qapısı" qəzetinə açıqlamasında Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan, Azərbaycanı T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda təmsil edən Səid Nəcəfzadə deyib. 7,27 metr nəticə ilə ölkəmizə qızıl medal qazandıran paraatletimiz keçirdiyi hisslərini bizimlə bölüşüb:
"Paralimpiya çempionu olmaq həqiqətən çox qürurverici bir hissdir. Yarış çox çətin və həyəcanverici keçdi. Paralimpiya yarışlarına gəlməmişdən qabaq Dünya çempionu olmuşdum və məqsədim paralimpiya çempionu olmaq idi. Hazırlıqlarımız əsasən Bakıda və ölkəxarici təlim-məşq toplanışlarında olurdu. Ən güclü rəqiblərimdən biri isə dünya rekordçusu idi, şükürlər olsun ki, ona da qalib gəlməyi bacardım. Mənim atam və babam da naxçıvanlıdır. Bu torpaqlar mənim üçün çox əziz və doğmadır, uşaqlıq illərim bu diyarda keçib. Hər ilin yay aylarında ailəmlə birlikdə Naxçıvana gəlirik, qohumlarımın çoxu orada yaşayır. İstər Naxçıvan, istərsə də Azərbaycanın başqa regionlarında yaşayan bütün gəncləri idmanla məşğul olmağa dəvət edirəm. Artıq məktəb yaşlarında idman məktəblərinə yazılmalıdırlar. Bu məktəblər onların peşəkar idmançı kimi formalaşmalarında yaxından köməklik göstərəcək. Təbriklərə görə bir daha çox sağ olun. Siz də daxil olmaqla, “Şərq qapısı” qəzetinin digər kollektiv üzvlərinə təşəkkürlərimi bildirirəm".
Qeyd edək ki, Səid Əli oğlu Nəcəfzadə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Güney Qışlaq kəndindədir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər