Qarabağ Universitetində Ümummilli Lider Heydər Əli...
11:42 12.12.2024
0
0
0
“Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir”.
Bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paraatleti Lamiyə Vəliyeva deyib.
İdmançı medalını Azərbaycan xalqına həsr edib: “Çox sevindirici haldır ki, dünya rekordunu yeniləyərək Paralimpiya çempionu oldum. Məşqlərim bu yarışdan əvvəl çox da yaxşı davam etmirdi. Elə hiss edirdim ki, əvvəlki kimi deyiləm. Amma dünənki qələbə sayəsində bir daha şahid oldum ki, əziyyət yerdə qalmır”.
O, idmana və Paralimpiyaya göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Lamiyə Vəliyeva ötən gün T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub. O, sentyabrın 5-də eyni kateqoriya üzrə 400 metr məsafəyə qaçışda da qüvvəsini sınayacaq.
Digər xəbərlər