Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
Pakistan Hərbi Dəniz Qüvvələrinin gəmisi yerli istehsal edilmiş ballistik raketi sınaqdan keçirib.
Bu barədə DND agentliyi məlumat yayıb. Bildirilib ki, 350 kilometr mənzilli raket sistemi quru və dəniz hədəflərini yüksək dəqiqliklə vurmağa qadirdir. Sistem istiqamətini və sürətini dəyişmək xüsusiyyətlərinə malik qabaqcıl naviqasiya ilə təchiz olunub. Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Navid Əşrəf, Pakistan Hərbi Dəniz Qüvvələrinin yüksəkrütbəli zabitləri, alim və mühəndislər prosesi izləyiblər.
Pakistan Prezidenti, Baş nazir, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və Xidmət rəisləri raketin uğurlu sınağında iştirak edən bölmələri və alimləri təbrik ediblər.
Digər xəbərlər