NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulmasını Azərbaycanla razılaşdırıb

...

Pakistanın Ermənistanla diplomatik münasibətləri qurmağa Azərbaycanla məsləhətləşmədən sonra başlayıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə "AnewZ" məlumat yayıb.

Məlumata görə, Pakistanın son addımı Bakı ilə məsləhətləşmə əsasında atılıb.

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda görüşündən sonra İslamabadla müzakirələr aparılıb, bundan sonra təşəbbüs razılaşdırılıb.

Qeyd edək ki, avqustun 31-də Ermənistan və Pakistan xarici işlər nazirləri diplomatik əlaqələrin qurulması ilə bağlı kommünike imzalayıblar.

Nəşr edilib : 01.09.2025 14:14