NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Özbəkistanlı nazir: Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr dəstəklənir və təqdir olunur

...

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına hazırlıq səylərini Özbəkistan yüksək qiymətləndirir. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizə və qlobal ekoloji problemlərin həllinə dair mühüm platformadır. Azərbaycanın bu sahədə göstərdiyi təşəbbüslər və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr Özbəkistan tərəfindən dəstəklənir və təqdir olunur.

Bu sözləri Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov “İqlim şəffaflığı sahəsində yüksək səviyyəli dialoq” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, COP29 kimi qlobal əhəmiyyətli bir tədbirin Bakıda keçirilməsi, yalnız Azərbaycan və Cənubi Qafqaz regionu üçün deyil, eyni zamanda, Mərkəzi Asiya üçün böyük əhəmiyyət kəsb edir: “Bu tədbir Azərbaycanın sədrliyi ilə region ölkələrinə öz milli planlarını təqdim etmək və qlobal iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində təşəbbüslərini dünya ictimaiyyəti ilə paylaşmaq üçün əvəzsiz bir platforma yaradır”.

Nəşr edilib : 03.09.2024 11:16