Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı ref...
11:37 09.01.2025
0
0
0
NAXÇIVAN :
09 Yanvar 2025, Cümə axşamı
Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin Sosial Müdafiə Sistemi İşçilərinin Təkmilləşdirmə Mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirib ki, milli sosial müşahidə mərkəzi olaraq Observatoriya əmək bazarını təhlil edərək, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara tələbatı müəyyən edir, qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması üzrə sorğular aparır, peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının həyata keçirilməsi ilə bağlı Nazirliyin təlim bazası qismində də iştirak edir.
Ölkəmizdə fəaliyyət göstərən müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək məqsədilə tətbiq edilən “DOST Müfəttiş” layihəsindən də bəhs edilib.
Təlim sahəsində göstərilən xidmətlərin beynəlxalq standartlarla təsdiqləndiyi qeyd edilib. Kadr potensialının gücləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi istiqamətində aparılan qiymətləndirmə imtahanlarından, qiymətləndirmənin təşkili qaydalarından, əməkdaşların iş yükü analizinin aparılması, səriştə modelinin tətbiqi barədə görüş iştirakçılarının sualları cavablandırılıb.
Qeyd olunan istiqamətlərlə bağlı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Digər xəbərlər