"AzərEnerji" Dünya Bankı ilə AZURE layihəsi üzrə g...
15:53 21.10.2026
0
0
0
“Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Uşaq Bərpa Mərkəzində əlilliyi olan uşaqların həm ambulator, həm də stasionar şəraitdə tibbi və sosial-psixoloji reabilitasiyası həyata keçirilir”. Bu sözləri jurnalistlərə müsahibəsində NMR ƏƏSMN-nin mətbuat xidmətinin əməkdaşı Kifayət Mahmudova deyib.
O bildirib ki, 2026-cı il yanvar-sentyabr ayları ərzində mərkəzdə əlilliyi olan 434 uşağa reabilitasiya xidmətləri göstərilib. Həmçinin “RehaBus” (Reabilitasiya Avtobusu) xidməti tərəfindən əlilliyi olan uşaqların ambulator və stasionar reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına dəstək göstərilir.
Bütün bu fəaliyyətlərdə əsas məqsəd bərpa kursuna cəlb edilən hər bir uşağın sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, gündəlik həyat fəaliyyətinin və sosial fəallığının artırılmasına dəstək göstərməkdir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər