Bahar Muradova Nyu-Yorkda macarıstanlı həmkarı ilə...
22:31 11.03.2025
0
0
0
Naçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin xətti ilə 2024-cü ildə ümumilikdə 2186 nəfər işlə təmin olub ki, onlardan 803 nəfərini haqqı ödənilən ictimai işlə (bundan sonra – HÖİİ) təmin olunanlar təşkil edir. Habelə Naxçıvan şəhərində şəhər və Babək rayonu üzrə vakansiyaları əhatə edən, Şərur rayonunda isə Şərur, Kəngərli və Sədərək rayonları üzrə vakansiyaları əhatə edən əmək yarmarkaları keçirilib.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin HÖİİ-ə cəlb olunması üçün 1000 vakant yerdən ibarət kvota ayrılıb. Dövrün sonunda 971 nəfər – “DOST İş Mərkəzi” MMC, 348 nəfər – “Naxçıvan DOST İş Mərkəzi” MMC olmaqla, ümumilikdə HÖİİ üzrə 1319 nəfər çalışıb.
Digər xəbərlər