NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Ötən həftə azad olunan ərazilərdə 94 mina zərərsizləşdirilib

...

Azad olunan ərazilərdə fevralın 3-dən 9-nadək 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 294 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 787 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Nəşr edilib : 10.02.2025 12:26