Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşlar...
17:01 21.04.2025
0
0
0
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 14-dən 20-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
"Şərq qapısı" xəbər verir ki, ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 60, tank əleyhinə 9 mina və 1072 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 893,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Digər xəbərlər