NAXÇIVAN :

17 Iyun 2025, Çərşənbə axşamı

Ötən həftə 160 mina və 528 partlamamış hərbi sursat zərərsizləşdirilib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 10-dan iyunun 16-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

"Şərq qapısı" xəbər verir ki, ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 131, tank əleyhinə 29 mina və 528 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin həftə ərzində 1358,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 17.06.2025 13:41