NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

...

Fevralın 19-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə, ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Nəşr edilib : 20.02.2025 10:56