NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

Ötən gün 56 cinayətin açılması təmin olunub

...

Sentyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 139 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 7 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 17 kiloqrama yaxın narkotik vasitə və 340 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 tüfəng, 3 patron darağı və 218 ədəd müxtəlif çaplı patron

aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər də saxlanılıb.

Nəşr edilib : 25.09.2026 11:12