NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Ötən gün 2 tapança, 3 qumbara, 7 tüfəng və xeyli sayda silah-sursat aşkarlanıb

...

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında xeyli sayda silah-sursat aşkarlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin müddətdə 2 avtomat silahı, 2 tapança, 3 qumbara, 4 alışdırıcı, 7 tüfəng, 15 patron darağı və 1343 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Nəşr edilib : 05.10.2024 10:43