NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Orxan Yolçuyev: Azərbaycan Avrasiyanın logistik arxitekturasının mərkəzində dayanır

...

Artıq bu gün Azərbaycanın öz coğrafi mövqeyinin üstünlüklərini sübut etməsinə ehtiyac yoxdur. Müasir dəmir yolu, liman və terminal infrastrukturu yaradılıb, beynəlxalq nəqliyyat tərəfdaşlıqları sistemi inkişaf edir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgidə deyib.

“Hazırda qlobal logistika transformasiya dövrünü yaşayır və hamımız bunu müşahidə edirik. Dövlətlər və şirkətlər tək bir istiqamətdən asılı olmamağa imkan verən marşrutlar axtarır. Nəticədə son illərdə Qara dəniz-Xəzər regionu iri bazarlar arasında yerləşən bir məkan olmaqdan çıxaraq Avrasiya ticarətinin ən mühüm qovşaqlarından birinə çevrilib. Burada eyni anda bir neçə logistik dəhliz kəsişir: Orta Dəhliz, Şimal-Cənub dəhlizi, Qara dəniz marşrutları, Bakı-Tbilisi-Qars və gələcəkdə Zəngəzur marşrutu ilə TRACECA. Hazırda bütün bu arxitekturanın mərkəzində Azərbaycan dayanır”, - deyə o bildirib.

O.Yolçuyev qeyd edib ki, bu gün biz ayrı-ayrı infrastruktur imkanlarının toplusunu vahid, proqnozlaşdırıla bilən və kommersiya baxımından cəlbedici nəqliyyat məhsuluna çevirməliyik. Bununla yanaşı, güclü bir hab təcrid olunmuş şəkildə mövcud ola bilməz. Onun gücü tərəfdaşlarla əlaqələrin keyfiyyəti ilə müəyyən edilir.

Nəşr edilib : 08.09.2026 10:46