Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Dekorativ işlər içərisində diqqətçəkən sənət növlərindən biri oriqamidir. Hər birimiz uşaq vaxtı kağızdan gəmi, təyyarə, qurbağa kimi fiqurlar düzəltmiş və elə hazırladığımız bu maraqlı əl işlərimizlə xoş anlar keçirmişik. Əslində isə bu, bir sənət növüdür. Oriqami sənəti 500 ildən artıq bir dövrü əhatə edir və bu sənətin müsbət cəhətlərindən biri şagirdlərin riyazi bacarıqlarının inkişafına təkan verməsidir.
Maraqlı, eyni zamanda mürəkkəb sənət növünün incəliklərini öyrənmək üçün yol aldıq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə. Burada bizi “Dekorativ işlər” dərnəyinin rəhbəri Arzu Mustafayeva qarşıladı. Oriqami nədir; incəlikləri nədən ibarətdir; bu sənətə maraq hansı səviyyədədir və başqa bu kimi suallarımızı Arzu Mustafayevaya yönləndirdik. Əvvəlcə, oriqami haqqında məlumat verən müsahibim bildirdi ki, oriqami kağızlardan hazırlanan müxtəlif fiqurlara deyilir. Adı yaponca “ori” – “qatlamaq” və “qami” – “kağız” sözlərinin birləşməsindən yaranan oriqami, əsasən, kvadratşəkilli kağız parçalarını kəsmədən və yapışdırıcı maddə istifadə etmədən, sadəcə, qatlayaraq müxtəlif fiqurlar yaradılan sənət növüdür.
Hər bir sənətin öz incəliyi olduğu kimi, oriqaminin də müəyyən incəliklərə sahib olduğunu bildirən Arzu xanım deyir ki, burada əsas şərt kağızların düzgün qaydada səliqəli şəkildə qatlanmasıdır. Əks-təqdirdə fiqurlarımız düzgün alınmaz. Bu sənətin fərqli xüsusiyyəti isə ləvazimatının yalnız kağızdan ibarət olması və böyük səbir, zəhmət tələb etmişdir. Məsələn, bir ördək hazırlamaq üçün 425 kağız parçası qatlanmalıdır. Həmçinin oriqami ilə balıq, güldan, tovuzquşu, ördək, gəmi və sair kimi əşya və heyvan fiqurları hazırlamaq olar. Klassik oriqami bir tək kağızla da hazırlana bilir. Əsasən, kvadrat fiqurlardan hazırlansa da, kağız formasında hər hansı bir məhdudiyyət yoxdur.
Müsahibimizin sözlərinə görə, oriqaminin hərəkətli, modulyar, yaş qatlamaq, pureland, oriqami mozaikləri, kiriqami kimi müxtəlif növləri mövcuddur. Bu növlərin hər biri adından göründüyü kimi, hazırlanma texnikasına görə fərqlənir.
Arzu Mustafayeva onu da diqqətimizə çatdırdı ki, oriqami müasir dövrdə bir o qədər inkişaf etməsə də, həvəskarlar tərəfindən öyrənilir və həmçinin uşaqların marağını çəkir. O deyir ki, əl işlərimizlə sərgilərə qatılır, balaca həvəskarların əl əməyi ilə ərsəyə gətirdiyi nümunələri sərgi iştirakçıları üçün təqdim edirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər