Azərbaycanın 6 güləşçisi Avropa çempionatının fina...
22:44 25.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Ordun varsa, yurdun var” adlı sərgi təşkil edilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva giriş sözü ilə açaraq bu günün önəmi və tədbirin mahiyyəti barədə söz açıb.
Sonra tədbir iştirakçılarından sənətşünas Nizami Aliyev, Əməkdar rəssam Həmzə Sadiqov rəssamlar birliyi üzvlərindən və şəhid ailələri çıxış edərək tədbiri yüksək qiymətləndiriblər.
Sonda şəhid Elşən Orucov və Ələsgər Əsgərovun rəssamlar tərəfindən çəkilmiş portretləri ailə üzvlərinə hədiyyə olunaraq sərgiyə baxış keçirilib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər