NAXÇIVAN :

03 May 2026, Bazar

Ordubadda polis erkən nikahın qarşısını alıb

...

"Şərq qapısı"nın əldə etdiyi məlumata görə, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.
Rayonun Tivi kəndində 36 yaşlı şəxslə 17 yaşlı qız arasında planlaşdırılan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.
Erkən nikahın qarşısının alınması məqsədilə tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.

Nəşr edilib : 21.11.2025 12:48