NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Ordubadda ət satışı mağazasında ciddi nöqsanlar aşkar edilib

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ordubad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən İbrahimov Əmir İbrahim oğluna məxsus ət satışı mağazasında aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, çirkli suların axıdılması üçün kanalizasiya xəttinin mövcud olmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək mağazanın fəaliyyəti məhdudlaşdırılıb. 
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri  tədbirlər görüləcəkdir.

Nəşr edilib : 21.01.2026 19:53