Nazir Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola...
09:21 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi üçün müraciətlərin qəbulu ilə bağlı Ordubad rayonunda keçirilən tədbiri rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Mehbalıyev açıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Taleh Quliyev Prezidentin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı barədə iştirakçılara ətraflı məlumat verib.
Taleh Quliyev diqqətə çatdırıb ki, Fərmana uyğun olaraq tikinti obyektlərinin istismarına sadələşdirilmiş qaydada icazə verilməsi üçün müraciət müddəti 1 yanvar 2026-cı il tarixdə başa çatır. Sahibkarlar müddətin başa çatmasını nəzərə alaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması prosesinə başlamaq üçün ən qısa zamanda aidiyyəti üzrə müraciət etməlidirlər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin əməkdaşı Həbib Kərimov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Tural Rüstəmli mövzu ətrafında çıxış edərək sözügedən Fərmanın tikinti sahəsində təhlükəsizliyin təmin olunması, qeyri-qanuni istismar hallarının qarşısının alınması və sahibkarlıq mühitinin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, istismar icazəsinin alınması mexanizmləri, müraciətlərin qaydası və prosesin icrasına dair tələblər barədə məlumat veriblər.
Sonra mövzu ətrafında sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib.
Tədbirin sonunda qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi üçün müraciətlərin qəbulu prosesindən bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, ötən günlərdə Şərur, Babək, Culfa və Kəngərli rayonlarında da mövzu ilə bağlı tədbirlər təşkil olunub, yüzlərlə sahibkar bu istiqamətdə maarifləndirilib.
Digər xəbərlər