NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

Ordubad rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqilliyimiz əbədi, inkişaf isə məqsədimizdir!” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Ordubad rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqilliyimiz əbədi, inkişaf isə  məqsədimizdir!” mövzusunda maarifləndirici tədbir keçirilib.                                                                          "Şərq qapısı" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz  xatirəsini ehtiramla yad ediblər. Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.                                                                Tədbiri Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Məmmədov giriş sözü ilə açaraq mövzunun əhəmiyyətdən danışıb.                                                                          Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya qəbul olunmuşdur. Həmçinin, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Həsən Həsənov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı İsmayıl Qəribli və YAP-ın Ordubad rayon təşkilatının sədiri Etibar Məmmədov mövzu ilə bağlı çıxış ediblər.                                                                                                   Sonda Konstitusiya və Suverenlik İlinə həsr olunmuş "Dövlətin əsasları"filmi nümayiş olunub.

Nəşr edilib : 03.02.2025 17:31