Vətəni namus, bayrağı şərəf bilən qəhrəman...
22:05 08.01.2025
0
0
0
Hökumə hər zaman mənim qəlbimdə, xatirəmdə elmi ilə, öz işi ilə məşğul olan fəxrimiz kimi qalacaq. Bizim ailəmizin fəxri idi. Biz hər zaman Hökümə ilə fəxr etmişik. Millətə, dövlətə bağlı olmağı, dünyagörüşlü olmağı, üç dil bilməyi ilə hər zaman fəxr etmişik. Bu günlərdə isə onunla artıq bütün Azərbaycan xalqı fəxr edir. O stressli vəziyyətdə Hökumənin saf, səmimi sözləri, “Hər şey yaxşı olacaq” fikri hər kəsin yaddaşına həkk olundu. Mən inanıram ki, Hökumənin qəlbində, fikrində tutduğu arzular həyata keçiriləcək. Bir daha xalqımızın başı sağ olsun. Artıq Hökumə Azərbaycan xalqının qeyrətli, cəsarətli, dəyanətli bir qızı kimi tarixə düşdü.
Digər xəbərlər