Prezident: Azərbaycan-Mavritaniya dostluq əlaqələr...
11:35 28.11.2026
0
0
0
Gender əsaslı zorakılığa qarşı mübarizədə əsas məqsəd qanunvericilikdə yaradılmış imkanların davamlı və real müdafiə nəticələrinə çevrilməsidir. Zorakılıq hallarının vaxtında aşkarlanması, risklərin düzgün qiymətləndirilməsi, mühafizə orderlərinin səmərəli icrası, zərərçəkmiş şəxslərin təhlükəsiz sığınacaq, hüquqi və psixoloji yardımla təmin olunması, uşaqların reabilitasiyası, xüsusilə regionlarda sosial xidmətlərin əlçatanlığının artırılması əsas vəzifələrimizdəndir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.
O bildirib ki, zorakılıq törədən şəxslərlə profilaktik işin gücləndirilməsi və təkrar zorakılığın qarşısının alınması müdafiə sisteminin ayrılmaz hissəsi kimi qəbul edilməlidir.
Komitə sədri vurğulayıb ki, bu vəzifələrin heç biri ayrılıqda bir qurumun fəaliyyəti və səlahiyyətləri çərçivəsində həyata keçirilə bilməz. “Buna görə də zorakılıq halı barədə məlumatın vaxtında əldə olunması, hadisənin düzgün araşdırılması, hüquqi müdafiənin həyata keçirilməsi, zərərçəkmiş şəxsin sosial və psixoloji dəstəklə təmin edilməsi vahid və fasiləsiz fəaliyyət zəncirinin ayrılmaz tərkib hissələridir", - deyə komitə sədri bildirib.
Digər xəbərlər