NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb

...

Sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 faiz artaraq 895 min 263, aktiv ƏDV ödəyicilərinin sayı isə 6,3 faiz artaraq 62 min 104 təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX)  bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5 faiz artıb və 245 min 650 olub.

Nəşr edilib : 07.09.2026 16:21