Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar o...
12:26 25.09.2026
0
0
0
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artıb.
"Şərq qapısı" Mərkəzi Banka istinadla xəbər verir ki, bu ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 888 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.
Digər xəbərlər