Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Elnur Elsevər oğlu Zeynalov
(28.07.1994-31.10.2020)
Elnur körpə yaşlarından ətrafındakıların sevimlisinə çevrilmişdi. Sanki balacalığından onda qəhrəmanlıq var idi. Uşaq vaxtlarından silahla oynamağı çox sevirdi. Özünə taxtadan silahlar düzəldirdi. Deyirdim, eləmə, barmağını, əllərini yaralayırsan. Deyirdi ki, böyüyüb erməniləri öldürəcəyəm, onlar bizim düşmənimizdir. Elnur orta məktəbi bitirməmiş hərbi liseyə daxil oldu. Hərbi liseyi özü seçmişdi. Sevərək gedib zabit peşəsinə yiyələndi. Bir müddət Ağstafada işlədi. İstəyirdi ki, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlısına getsin. May ayı idi. Dedi ki, ana, mən daha Bakıya gedəcəyəm, işim dəyişilir oraya. Ehsan bişirib payladım. Heç bilmədim ki, mənim balam müharibəyə gedir.
Müharibə başlayanda tezdən qardaşına zəng vurub deyib ki, Ruslan, biz gedirik. Ruslan dedi ki, ana, Elnur gedir. Zəng edib danışdım. Gördüm çox səs-küy var. Dedim ki, nə səsdi elə? Sanki toya gedirsiniz. Cavab verdi ki, ana, elə toya gedirik. Dedim ki, getdiyiniz yerə çatanda xəbər edərsən. Saat, təqribən, 12 olardı, zəng gəldi. Dedi ki, ana, çatmışıq. Heç ağlım kəsmədi soruşam ki, bala, haraya çatmısınız? Sən demə, odun-alovun içindədir balam. İmkanı olduqca zəng edirdi, danışırdıq. O şəraitdə belə çox mətin, məğrur danışırdı. Zərrə qədər müharibə qorxusu yox idi. Qubadlı azad olunanda dedi ki, ana, məni televizorda göstəriblər, baxmısan? Dedim ki, yox. Dedi “Youtube”a bax, biz məruzə etmişik cənab Ali Baş Komandana. Tez açıb izlədim və orada gördüm. Sonra Xocavəndə getdilər, ondan sonra danışa bilmədik. Oktyabrın 31-i zəng gəldi, baxdım ki, Elnurdu. Dedi, haradasan? Mən də iməcilikdən gəlirdim, dedim ki, evə çatıram. Səsindən hiss etdim ki, çox yorğundu.
Müharibədən 4 il keçib. Artıq azad olunmuş torpaqlarda böyükhəcmli tikinti-quruculuq işləri aparılır. Sevinirik ki, insanlar belə tədbirlərin başa çatdırıldığı ərazilərə köçürülürlər. Bir də ona sevinirik ki, oğlum da o torpaqların alınmasında qəhrəmanlıq göstərib, şəhid olub. Bütün şəhidlərimizin ruhları şad olsun.
Digər xəbərlər