NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Nübar Naxçıvanın Beynəlxalq Kembric Məktəbinin ilk şagirdlərindən biridir

...

Ölkə Prezidenti cənab ­İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən 2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil sisteminə inteqrasiyası və müasir tədris imkanlarının genişləndirilməsi də nəzərdə tutulub. Kembric Beynəlxalq Təhsil Sistemi ilə işləyən məktəbin yaradılması isə bu proqramın bir hissəsi olaraq təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Biz də “Şərq qapısı” qəzeti olaraq yeni tədris ilində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində təhsil alacaq şagirdlərdən birinin təəssüratını öyrənmək qərarına gəldik. Yeni tədris müəssisəsinə qəbulun sevincini yaşayan Nübar Tağıyeva: “3 nömrəli tam orta məktəbin 5-ci sinfində oxuyarkən Naxçıvanda Kembric proqramlı məktəbin açıldığını eşitdim. Kembric Məktəbində təhsil almağa qərar verməyimin səbəbi məktəbin təhsil imkanlarının geniş olmasıdır. Bu yolda valideynlərim mənə böyük dəstək göstərdilər. Beləliklə, məktəbə müraciət etdik. Müraciətimiz qəbul olunduqdan sonra həmin məktəbin hazırlıq kurslarına qatıldım. Qəbul imtahanlarında yekun olaraq 54 bal toplayaraq arzuma çatdım. Artıq məktəbin tələb etdiyi formanın sifarişini vermişəm”. Nübar bildirdi ki, çox sevincli və həyəcanlıdır. Çünki Naxçıvanda açılan beynəlxalq məktəbin ilk şagirdlərindən biridir. Burada təhsil aldığı müddətdə çalışacaq ki, məktəbə qəbul olmaq arzusunda olan şagirdlər ondan nümunə götürsünlər. 

Nəşr edilib : 18.09.2024 14:18