2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçi...
18:29 10.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları üçün maarifləndirici seminar-müşavirə keçirilib.
Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi,mayor Şərif Əsədov əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq bu kimi tədbirlərin əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd edib.
Bildirilib ki, hazırda mülki müdafiə dövlətin ən mühüm funksiyalarından biri, müdafiə quruculuğunun və ölkənin təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsidir. İnsanların təhlükəsizliyi və insanların kütləvi toplaşdığı mədəniyyət müəssisələrinin dayanıqlı fəaliyyəti mülki müdafiənin necə təmin olunmasından aslıdır. Bu məqsədlə böyük yanğınlar, texnogen və təbii fəlakətlər, terror aktları və digər fövqəladə hallarla səmərəli mübarizə aparmaq üçün qüvvələrin daim hazır vəziyyətdə saxlanılması, təlim və məşğələlərin keçirilməsi, əhalinin maarifləndirilməsi zəruridir.
Tədbirdə seminar iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Digər xəbərlər