“Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndir...
18:58 11.04.2025
0
0
0
“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti tədbir Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə təşkil olunub
Məktəblilərin ətraf mühitin qorunmasına dair bilik və bacarıqlarının artırılması, təbiətə olan məsuliyyət hissinin gücləndirilməsi məqsədilə həyata keçirilən “Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti tədbir 25 fevral 2025-ci il tarixdə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri üçün təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri də iştirak ediblər.
Tələbələr tərəfindən şagirdlərə meşələrin əhəmiyyəti, tullantıların düzgün idarə edilməsi, suya və enerjiyə qənaət kimi ekoloji vərdişlər haqqında fikirlər səsləndiriblər.
Qeyd edək ki, layihə müddətində Naxçıvan Muxtar Respublikasının ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsilalanların təbiətlə birbaşa təmasda olmaları üçün onların iştirak edəcəyi ekoloji yürüşlər, düşərgələr, ağacəkmə və təmizlik aksiyaları təşkil ediləcəkdir.
Digər xəbərlər