NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib

...

Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Beynəlxalq hava limanından bildirilib ki, “Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən hava gəmisinin komandiri yanacaq doldurmaq qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.

Nəşr edilib : 15.11.2024 09:35