Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1.3-cü və 75.0.2.3-cü maddələr ləğv edilsin.
2. 84-cü maddə üzrə:
2.1. “84.0.”, “84.0.1.”, “84.0.2.” və “84.0.3.” rəqəmləri müvafiq olaraq “84.1.”, “84.1.1.”, “84.1.2.” və “84.1.3.” rəqəmləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 84.2-ci maddə əlavə edilsin:
“84.2. Bu Qanunun 84.1.3-cü maddəsinə uyğun olaraq normativ hüquqi akt (onun struktur elementi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ hüquqi akt (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.”.
Bəxtiyar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini
Naxçıvan şəhəri, 19 dekabr 2025-ci il
Digər xəbərlər