NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Nikol Paşinyan Çində keçiriləcək ŞƏT sammitində iştirak edəcək

...

Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

"Şərq qapısı"nın "Armenpress"ə istinadən məlumatına görə, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

"Bəli, baş nazir sammitdə iştirak edəcək", - o vurğulayıb.

Qeyd edək ki, ŞƏT sammiti bu il 31 avqust-1 sentyabrda Çinin Tyantszin şəhərində keçiriləcək.

Nəşr edilib : 22.08.2025 14:52