NAXÇIVAN :

25 Aprel 2025, Cümə

“Nikahın pozulması və hüquqi məsuliyyət, konstitusion təsir” mövzusunda tədbir keçirilib

...

“Konstitusiya və Suverenlik İli” ilə bağlı muxtar respublikanın ədliyyə orqanlarında görüləcək işlərə dair Tədbirlər Planına uyğun olaraq aprelin 25-də İcra və probasiya xidmətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti əməkdaşları ilə birgə Babək rayonunda  “Nikahın pozulması və hüquqi məsuliyyət, konstitusion təsir” mövzusunda  tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbiri giriş sözü ilə açan İcra və probasiya xidmətinin rəisi İntiqam Vəliyev mövzu barədə ətraflı çıxış edərək bildirib ki, cəmiyyətin əsas özəyi olan ailə, xüsusən də uşaqlar dövlət tərəfindən müdafiə edilir və dəstəklənir. Ölkəmizdə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. O cümlədən valideynlərindən ayrı  yaşayan uşaqlara  aliment ödənilməsi və uşaqların mənafeyinə toxunan digər icra sənədlərinin İcra xidmətinin fəaliyyətində ən həssas yeri tutması və   qərarların icrası üçün mümkün olan bütün səylərin göstərildiyi qeyd edilmişdir.
Daha sonra Probasiya şöbəsinin rəisi Yunis Məmmədov, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Həsən Həsənov və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli mövzu ətrafında çıxışlar etmişdir.  
Sonda tədbir iştirakçıları  dinlənilib və onların sualları cavablandırılıb.

Nəşr edilib : 25.04.2025 18:18