NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Niderland su planlamasını COP29-un fokusuna çevirən inteqral və inklüziv uyğunlaşma yanaşmasını təşviq edəcək

...

Niderland iqlimə uyğunlaşmanın aktuallığını vurğulamaqda davam edəcək, bu istiqamətdə su və məkan planlamasını COP29-un fokusuna çevirən inteqral və inklüziv uyğunlaşma yanaşmasını təşviq edəcək. Ölkə, həmçinin BMT-nin 2023-cü il Su Konfransında qəbul edilmiş və COP28-də vurğulanan Su Fəaliyyəti Gündəliyi öhdəlikləri kimi mövcud təşəbbüslərin əsas götürülməsini təşviq edəcək və bu, 2024-cü ilin payızında Su İqtisadiyyatı üzrə Qlobal Komissiyanın nəticələrini işıqlandıracaq hesabatda öz əksini tapacaq.

Bunu Niderland Krallığının su səfiri Mayke van Ginneken ADA Universitetində keçirilən sessiyada deyib.

“Suyun və iqlimin davamlılığına nail olmaq üçün institutların, universitetlərin, beyin mərkəzlərinin əsas rol oynadığı sahələrin inkişafını və potensialın gücləndirilməsini stimullaşdırmalıyıq. Bu gün biz ADA Universitetində təkcə su fəaliyyəti haqqında məlumat mübadiləsi aparmaq üçün deyil, həm də prioritetlərimizin məlumatlandırılmasında və əldə olunmuş inkişafın qiymətləndirilməsində akademiyanın böyük əhəmiyyətini vurğulamaq üçün toplaşmışıq”, - deyə Niderlandın su səfiri bildirib.

Nəşr edilib : 25.07.2024 16:51