“Qalatasaray” ardıcıl dördüncü dəfə Türkiyə çempio...
23:09 09.05.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrinin İğdır Universitetində keçdikləri təcrübə proqramı müvəffəqiyyətlə başa çatıb.
Proqramın sonunda İğdır Universitetinin rektoru, professor Ekrem Gürel təcrübəçi tələbələrlə görüşüb. Görüşdə Ziraət fakültəsinin dekanı, professor İsa Özaydın və İğdır Universitetinin Heyvan Xəstəxanasının baş həkimi Gökhan Koçak da iştirak edib.
Ekrem Gürel çıxışı zamanı İğdır Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Rektor NDU tələbələrinin İğdır Universitetində təcrübə keçmələrinin akademik əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib: “Universitetimiz Türk dünyası ilə elmi və humanitar əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir. Qardaş Naxçıvan Dövlət Universitetindən gələn tələbələrimizin burada təcrübə keçməsi bu istiqamətin ən dəyərli və bariz göstəricilərindən biridir”.
Ardınca tələbələrin təcrübə prosesi ilə bağlı fikirləri dinlənilib, onların əldə etdikləri bilik və praktik bacarıqlar barədə müzakirələr aparılıb.
Təcrübəçi tələbələr sertifikat, rəhbər müəllimləri isə təşəkkürnamə ilə təltif olunublar.
Sonda xatirə fotosu çəkdirilib.
Digər xəbərlər