Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınları...
19:33 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Brifinqdə 2025-ci ilin Naxçıvan Dövlət Universiteti üçün uğurlar, yeniliklər və nailiyyətlərlə yadda qaldığını qeyd edən rektor bildirib ki, il ərzində universitet yalnız təhsil keyfiyyətinin yüksəldilməsi və tələbələrin elmi, sosial fəaliyyətlərinin inkişafı sahəsində deyil, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, mədəniyyət və incəsənət sahəsində tədbirlərin təşkili, habelə beynəlxalq reytinqlərdə yüksək mövqelərin əldə edilməsi istiqamətində mühüm nəticələr əldə edib. Universitet həm ölkə, həm də dünya miqyasında qabaqcıl layihələrdə iştirak edib, tədris və elmi keyfiyyətin yüksəldilməsi, tələbələrin uğurları, startap layihələri, beynəlxalq mərkəzlər və yeni elmi-tədqiqat infrastrukturunun yaradılması ilə təqdirəlayiq nailiyyətlər əldə edib. Akademik heyətin təcrübəsinin artırılması məqsədilə bir çox yerli və beynəlxalq təlimlər təşkil olunub.
Elbrus İsayev bildirib ki, ötən il ilk dəfə olaraq 600-700 intervalında bal toplayan tələbələrin sayında ciddi artım müşahidə olunub. Əvvəlki illə müqayisədə bu göstərici 41 nəfərdən 152 nəfərə yüksəlib, onlardan 1 nəfər Prezident təqaüdünə layiq görülüb. 500-dən yuxarı bal toplayaraq qəbul olunan tələbələrin sayı 337 nəfərdən 402 nəfərə çatıb. Dövlət sifarişi ilə qəbul olunan tələbələrin payı isə 46 faizdən 49 faizə yüksəlib.
Yüksək göstəricilərə malik 142 tələbə ilk dəfə olaraq universitet tərəfindən təsis edilən 200 manat, 4 nəfər isə 250 manat məbləğində xüsusi təqaüdlə təmin olunub. Magistratura səviyyəsində 8 yeni ixtisaslaşma üzrə magistrant qəbulu aparılıb. 2024-2025-ci tədris ilində universitet tarixində rekord məzun göstəricisi qeydə alınıb: 1645 nəfər bakalavr, 230 nəfər magistrant və 21 nəfər rezident məzun olub.
2024-2025-ci tədris ilinin II yarısında universitet üzrə 1544 nəfər tələbə 43 müəssisəyə təcrübəyə göndərilib ki, onlardan 443 nəfər pedaqoji, 1101 nəfər isə istehsalat təcrübəsi keçib. 2025-2026-cı tədris ilinin ikinci yarısında keçiriləcək təcrübələr üçün Naxçıvan Muxtar Respublikasının 38 dövlət və özəl müəssisəsi ilə danışıqlar aparılıb və müqavilələr imzalanıb. Həmçinin 2024-2025-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə 39 nəfər tələbə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində təcrübə keçib.
İlk dəfə olaraq Azərbaycan Dillər Universitetinin təcrübə bazalarında tərcümə ixtisasları, Mərkəzi Gömrük Hospitalında Tibb ixtisası, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Torpaqşünaslıq və Aqrokimya İnstitutunda isə Torpaqşünaslıq və aqrokimya ixtisasında təhsil alan tələbələrin təcrübələri təşkil olunub. Bundan əlavə, Türkiyə Respublikasının Qars Qafqaz Universitetində Baytarlıq təbabəti ixtisası üzrə 3, Trabzon Texniki Universitetində isə Energetika mühəndisliyi ixtisası üzrə 7 tələbənin təcrübəsi keçirilib. İyul ayında tələbə, həkim və rezidentlər də daxil olmaqla, 300 nəfərdən ibarət tələbə və müəllim heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində – Hacettepe, Qazi, Ankara və Yeditepe universitetlərində yay istehsalat təcrübələrində və ixtisasartırma kurslarında iştirak edib.
Elbrus İsayev bildirib ki, əcnəbi tələbələrin qəbulu üzrə ölkələrin sayı 14-dən 22-yə çatdırılıb. Universitet 1800 nəfər əcnəbi tələbə ilə bu göstərici üzrə ölkə liderliyini qoruyub saxlayıb. 2025-ci ildə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 12 əcnəbi tələbə qəbul edilib. Həmçinin universitetdə tədrisi ingilis dilində aparılan 7 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və nəticədə, 121 nəfər həmin ixtisaslara qəbul olunub.
2025-ci ildə universitetdə Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, İnnovasiya Mərkəzi, İnkluziv Təhsil Mərkəzi, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, Ömürboyu Təhsil və Futurologiya Mərkəzi, eləcə də Konservatoriyada Elektron Filarmoniya – LOLA sistemi istifadəyə verilib. LOLA sistemi musiqiçilər və təhsil müəssisələri üçün aşağı gecikməli (low latency) onlayn ifa və əməkdaşlıq platformasıdır. Dünya üzrə cəmi 30 universitetin konservatoriyasında bu platforma mövcuddur və onlardan biri NDU-da fəaliyyət göstərir.
2025-ci ildə elmi-tədqiqat sahəsi üzrə əldə olunan nəticələr barədə məlumat verən universitetin rektoru bildirib ki, Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi tədqiqatla məşğul olan tələbələrin sayı əyani təhsil alan tələbələrin 24 faizinə çatıb. Bu çərçivədə tələbələrin onlarla elmi məqaləsi xarici və respublika jurnallarında, eləcə də konfrans materiallarında, bir neçəsi Scopus bazalı, yüksək impakt faktorlu jurnallarda dərc olunub.
Elbrus İsayev qeyd edib ki, 2025-ci il ərzində universitetdə bir sıra startap layihələri də reallaşdırılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında keçirilən “İnnostart” layihəsinin “Grand Final” mərhələsində NDU-nun startapçıları uğur qazanıblar. Ümumilikdə, 4 komanda qalib gəlib ki, onlardan ikisi Naxçıvan Dövlət Universitetini təmsil edib. “ImYen” və “Specdeaf” komandalarının hər biri 12500 manat məbləğində investisiya dəyərində mükafat əldə edib. Qalib komandalar Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak etmək hüququ qazanıblar. “İnnostart” müsabiqəsi çərçivəsində universitetin iki tələbə komandası ayrı-ayrılıqda 12500 manat məbləğində investisiya əldə edib və 2025-ci ildə tələbə komandalarının ölkədaxili və beynəlxalq startap yarışları üzrə qazandığı mükafatların ümumi dəyəri 40000 manat təşkil edib.
2025-ci ilin nəticələrinə görə universitet üzrə 3000-dən çox elmi nəşr qeydə alınıb. Bunların 150-si monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və metodiki vəsaitlərdən ibarət olub. Nəşr olunan 2000-dən çox məqalənin 1300-ü xaricdə dərc edilib və onlardan 300-dən çoxu Web of Science və Scopus bazalı nüfuzlu jurnallarda yer alıb. 600-dən çox tezisin isə 370-i xarici nəşrlərdə çap olunub. Bir akademik heyətə düşən nəşr sayı 5-dən çox olub. Elbrus İsayev bildirib ki, qeyd edilən bütün göstəricilər əvvəlki illərlə müqayisədə rekord nəticələrdir və 2025-ci ildə Scopus və Web of Science bazalarında yer alan nüfuzlu nəşrlərin sayı universitetin əvvəlki bütün dövrlər üzrə cəmi nəşr sayına çatıb.
Elbrus İsayev, həmçinin vurğulayıb ki, ilk dəfə olaraq beynəlxalq kitabxana bazalarına – EBSCO, Clarivate (ProQuest Ebook Central, ProQuest Dissertations & Theses, ProQuest Multimedia) və Taylor & Francis platformalarına giriş imkanı yaradılıb və üzvlük sənədləri təsdiq edilib. Bununla da beynəlxalq elektron bazalardan istifadə imkanı bütün ixtisasları əhatə etməklə, təxminən, 40 milyona yaxın resursa çatdırılıb.
Rektor 2025-ci ildə universitetdə beynəlmiləlləşmə istiqaməti üzrə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verərək bildirib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi universitetin əsas strateji prioritetlərindən biri olub. Türkiyənin Çankırı Karatekin Universiteti ilə ikili diplom proqramının icrası davam etdirilib. Eyni zamanda Macarıstanın Con fon Neyman Universiteti ilə Kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının icrasına başlanılıb. Amerikanın Corc Vaşinqton Universiteti ilə Səhiyyənin idarəedilməsi ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb. İstanbul Universiteti ilə isə Türk dünyası tarixi və Strateji idarəetmə ixtisaslarını əhatə edən iki magistratura proqramı üzrə ikili diplom protokolu rəsmiləşdirilib.
Prioritet istiqamətlər üzrə dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərini təmsil edən 50 əcnəbi professor universitetdə tədrisə cəlb olunub. Həmçinin Acıbadem Universiteti ilə ikitərəfli akademik əməkdaşlığa dair protokol imzalanıb. 2025-ci il ərzində Macarıstan parlamentinin vitse-spikeri Sandor Lejakın və TÜRKSOY-un baş katibi Sultan Raevin universitetə rəsmi səfərləri təşkil edilib, heyətlə görüşlər keçirilib. NDU TÜRKÜNİB-ə (Türk Universitetlər Birliyi) üzv seçilib və ORHUN mübadilə proqramına qoşulub.
Rektor bildirib ki, NDU-nun IELTS Qeydiyyat və İmtahan Mərkəzində 97 nəfər, SAT Qeydiyyat və İmtahan Mərkəzində isə 68 nəfər imtahan verib. TIES beynəlxalq təqaüd proqramı çərçivəsində Hacettepe Universitetinə 10 tələbənin bir semestrlik mübadiləsi reallaşdırılıb, ümumilikdə isə 50 tələbə müxtəlif mübadilə proqramlarında iştirak edib. Elbrus İsayev, həmçinin vurğulayıb ki, 20 əcnəbi tədqiqatçı universitetdə ortaq elmi tədqiqatların aparılmasına cəlb edilib. 2025-ci ilin aprel ayında isə 6 ölkədən 21 əcnəbi professorun iştirakı ilə beynəlxalq təlim aylığı təşkil olunub. Tədbirlərdə 1500-ə yaxın tələbə, müəllim və ictimaiyyət nümayəndəsi iştirak edib.
Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universiteti “GreenMetric” beynəlxalq reytinq cədvəlində ölkə üzrə ilk 10-luqda, dünya üzrə isə ilk 700 universitet sırasında yer alıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ölkədə ilk dəfə olaraq 2025-2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qruplarının ingilis dili bölməsi fəaliyyətə başlayıb və müsabiqə yolu ilə tələbə qəbulu aparılıb.
Elbrus İsayev universitet-sənaye əməkdaşlığının universitetin strateji inkişaf planında əsas prioritet istiqamətlərdən biri olduğunu bildirərək qeyd edib ki, universitet-sənaye işbirliyi çərçivəsində son 5 il ərzində 61 müxtəlif dövlət və özəl müəssisə və təşkilatla əməkdaşlıq memorandumları imzalanıb. 2025-ci il ərzində əlavə olaraq 11 dövlət və özəl müəssisə ilə yeni birgə əməkdaşlıq və sponsorluq müqavilələri imzalanıb. Bunlar Azərbaycan Respublikası Hesablama Palatası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, AZCON Holdinqə daxil olan Milli Süni İntellekt Mərkəzi, “Kapital Bank” ASC, “Referans” Naxçıvan Tibb Mərkəzi, “Azərişıq” ASC, “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı və “Invest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Eyni zamanda “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlanılmış müqaviləyə əsasən 2026-cı il ərzində Naxçıvan Dövlət Universitetində Kibertəhlükəsizlik laboratoriyasının qurulması və ixtisaslaşmış təlimlərin təşkili üçün 280000 manat məbləğində maliyyə dəstəyi nəzərdə tutulub.
Elbrus İsayev, həmçinin vurğulayıb ki, NDU-nun təşəbbüsü ilə 2024 və 2025-ci illərdə Naxçıvan şəhərində iki böyük karyera sərgisi təşkil edilib. 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən ilk karyera sərgisində 2000-dən çox gənc üçün iş və təcrübə imkanları təqdim olunub. Sərgidə universitetin əməkdaşlıq etdiyi 32 dövlət qurumu və 8 özəl şirkət müxtəlif ixtisaslar üzrə vakansiya və təcrübə proqramları təqdim edib.
II karyera sərgisi isə 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Bu karyera sərgisində isə 640 vakant iş yeri təqdim edilib və tədbir çərçivəsində 132 nəfər yerində işlə təmin olunub. Rektor qeyd edib ki, 2025-ci il ərzində Naxçıvan Dövlət Universitetinə yeni işə qəbul olunanların sayı 252 nəfər olub. Bu, son 5 ilin ən böyük rəqəmidir.
Rektor “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində universitet üzrə həyata keçirilən tədbirlər barədə də məlumat verib.
Bildirib ki, Dövlət Proqramına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması istiqamətində mühüm addımlar atılıb. Dövlət Proqramı vəsaiti hesabına məktəbin kitabxana fondunun zənginləşdirilməsi məqsədilə ümumi dəyəri 69970 manat olan 24 adda 550 ədəd elektron və çap Kembric dərslikləri və digər kitablar satın alınaraq məktəbə təhvil verilib.
Elbrus İsayevin sözlərinə görə, ingilisdilli orta məktəbin infrastrukturunun genişləndirilməsi məqsədilə ikinci korpusun tikintisi üçün ayrılmış ərazinin sənədləşdirilməsi yekunlaşdırılıb, reyestr və yerquruluşu sənədləri əldə olunub. Eyni zamanda məktəbin infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bağlanmış müqavilə əsasında mərkəzi havalandırma, isitmə-soyutma, yanğın təhlükəsizliyi, səs və kamera sistemləri, eləcə də digər zəruri infrastruktur elementləri yaradılıb.
Elbrus İsayev ali təhsil müəssisələrində yeni məzmunlu proqramların tətbiqi, o cümlədən Tibb ixtisası üzrə SABAH qruplarının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 2024-2025-ci tədris ilinin yaz semestri üzrə keçirilmiş müsabiqənin nəticələrinə əsasən 7 fənn üzrə 7 müəllim SABAH qruplarında tədris aparmaq üçün seçilib. 2025-2026-cı tədris ili üzrə isə müsabiqə yolu ilə 15 nəfər Azərbaycan bölməsi, 5 nəfər ingilis bölməsi olmaqla, ümumilikdə, 20 tələbə SABAH qruplarına qəbul edilib. SABAH qruplarında tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə 5 nəfər əcnəbi professor tədris prosesinə cəlb olunub.
Rektor qeyd edib ki, Dövlət Proqramı vəsaiti hesabına ilkin ehtiyacların təmin edilməsi məqsədilə ümumi dəyəri 34361,56 manat olan dərsliklər, yumşaq inventar və İT avadanlıqları satın alınıb.
Elbrus İsayev 2025-ci ildə universitetin Beynəlxalq Kembric Məktəbi üzrə həyata keçirilən tədbirlər və uğurlar barədə məlumat verərək deyib ki, məktəb Kembric Universitetinin standartlarına uyğun yenidən əsaslı qurularaq istifadəyə verilib və bütün şagirdlər kitab və tabletlə təmin olunub. Bununla yanaşı, Kembric Məktəbində ilk dəfə olaraq Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzi yaradılıb və şagirdlər ilk dəfə ingilis dilində “Elm sərgisi” təqdim ediblər. Məktəbin şagirdləri 2025-ci ildə beynəlxalq olimpiadalarda 6 medal qazanıblar.
Elbrus İsayev bildirib ki, gimnaziyanın şagirdləri respublika və beynəlxalq səviyyəli fənn olimpiadalarında uğurla iştirak ediblər. Respublika Fənn Müsabiqəsində 24 şagird, SASMO Beynəlxalq Olimpiadasında 8 şagird, Nəsrəddin Tusi adına II Fizika-Riyaziyyat Olimpiadasında 4, AMO Beynəlxalq Olimpiadasında 21, həmçinin Nəsrəddin Tusi adına III Fizika-Riyaziyyat və İnformatika Olimpiadasının final turunda 3 şagird mükafatçılar sırasında yer alıb. Rektor vurğulayıb ki, bu nəticələr məktəbin beynəlxalq standartlara uyğun fəaliyyətinin və şagirdlərin yüksək hazırlıq səviyyəsinin göstəricisidir.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Digər xəbərlər