Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və...
00:32 01.05.2025
0
0
0
NAXÇIVAN :
01 May 2025, Cümə axşamı
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn fəaliyyətlərin icrası çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə və NDU Xəstəxanasının baş həkimi Elmar Rzayev Türkiyə Respublikasının Ankara şəhərində işgüzar səfərdədirlər.
Rektor Elbrus İsayev rəhbərliyində nümayəndə heyəti Qazi Universitetini ziyarət ediblər. NDU nümayəndə heyətini qarşılayan Qazi Universitetinin rektoru Uğur Ünal və heyəti ilə ali təhsil müəssisələri arasında inkişaf etməkdə olan təhsil və tədqiqat sahəsindəki qarşılıqlı əməkdaşlıq, tələbə və müəllim mobilliyi, tibb tələbələrinin yay istehsalat təcrübəsi, rezidentlərin rotasiyası, Qazi Universiteti xəstəxanalarında fəaliyyət göstərən həkimlərin NDU-da tədris, tədqiqat və müalicə prosesinə cəlbi məsələləri müzakirə edilib. Yeni təyin olunan rektor Uğur Ünalı təbrik edən rektor Elbrus İsayev uzun illərdir, davam edən NDU-Qazi əlaqələrindən, ortaq fəaliyyət sahələrindən bəhs edib və perspektiv fəaliyyət sahələri barədə fikir mübadiləsi aparıblar.
Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Qazi xəstəxanasının həkimləri və Tibb fakültəsinin professor müəllim heyəti ilə dəyirmi masa ətrafında görüş keçirib. Müzakirələr zamanı Qazi həkimlərinin tədris, tədqiqat, müayinə və əməliyyatlarda iştirakı, Naxçıvanda tibbi kadrların yetişdirilməsinin dayanıqlılığının təmin edilməsi, tibb bacısı və həkimlərin cəlbinin hüquqi prosedurları və sair məsələlər müzakirə edilib.
Qeyd olunan məsələlərin operativ həlli yolları üçün təkliflər səsləndirilib və işçi qruplarının fəaliyyəti üçün yol xəritəsi müəyyən edilib.
Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə xanım Nəsibova da iştirak edib.
Digər xəbərlər