NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

NDU-nun rektoru  “Azərbaycan Universitetləri” "Facebook" səhifəsinin rəhbərini qəbul edib

...

Naxçıvan Dövlət Universiteti (NDU) "Azərbaycan Universitetləri" "Facebook" səhifəsində üç istiqamət üzrə keçirilən sorğunun nəticələrinə əsasən hər üç kateqoriyada qalib gəlib. Sorğuda Naxçıvan Dövlət Universiteti III qrup abituriyentləri üçün ən çox tövsiyə edilən ali təhsil müəssisəsi, IV qrup abituriyentləri üçün ən çox tövsiyə edilən ali təhsil müəssisəsi və regionda yerləşən universitetlər arasında açıq fərqlə birinci yerin sahibi olub.  
Bu münasibətlə NDU-nun rektoru Elbrus İsayev “Azərbaycan Universitetləri” "Facebook" səhifəsinin rəhbəri Zöhrab Süleyman ilə görüşüb. 
Rektor universitetin tarixi inkişaf yolundan söz açıb, bu gün əldə olunan nailiyyətlərdən və irəlidə gözlənilən yeniliklərdən bəhs edib. Universitetin çoxşaxəli kadr hazırlığı və  tələbəyönümlü təhsil siyasəti haqqında danışıb.  Elbrus İsayev qeyd olunanlar fonunda, xüsusilə təhsil yeniliklərini ictimailəşdirmək baxımından kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlıqda maraqlı və təşəbbüskar olduğunu ifadə edib. Eləcə də günün tələbi olan sosial media platformalarında düzgün iştirakın gərəkli olduğunu, operativ informasiyanın çatdırılmasında sosial şəbəkələrin müsbət fəaliyyətini vurğulayıb. Bu mənada, rektor “Azərbaycan Universitetləri” "Facebook" səhifəsi ilə uğurlu əməkdaşlığı yüksək dəyərləndirib. 
Görüşdə “Azərbaycan Universitetləri”  "Facebook" səhifəsinin rəhbəri Zöhrab Süleyman 2011-ci ildən yaradılan səhifənin fəaliyyəti, strategiyası haqqında məlumatları bölüşüb. Platformanın 14 illik fəaliyyəti dövründə təhsil sahəsi üzrə yenilikləri cəmiyyətə çatdırmaq istiqamətində seçilən ünvanlardan olduğunu bildirib və NDU ilə əməkdaşlığı uğurlu fəaliyyət adlandırıb. 
Sonda Zöhrab Süleyman sorğunun nəticələrinə əsasən universitetin hər üç kateqoriyada qalib gəlməsi ilə əlaqədar rektor Elbrus İsayevə plaket təqdim edib.

Nəşr edilib : 12.08.2025 19:59