Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində ali təhsil ocağının rektoru Elbrus İsayev Kembric Məktəbinin xaricdən dəvət olunan müəllimi, akademik koordinator Fabian Chavezi müəllim heyətinə təqdim edib.
Universitetin rektoru Elbrus İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2023-2027-ci illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində yaranan Beynəlxalq Kembric Məktəbindən danışıb. Qeyd edib ki, bu məktəb vasitəsilə beynəlxalq təhsil sistemində yüksək inkişaf və müasir tədris imkanlarının daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Rektor Beynəlxalq Kembric Məktəbinin xaricdən dəvət olunan 24 illik təcrübəyə malik akademik koordinatoru Fabian Chavezi müəllim heyəti ilə tanış edib.
Beynəlxalq Kembric Məktəbinin müəllimi Fabian Chavez özü haqqında məlumat verərək qeyd edib ki, CELTA, DELTA Modul 1, Cambridge Teacher Trainer sertfikatı, Cambridge CEFR C2 sertifikatına sahibdir. Diqqətə çatdırılıb ki, NDU Beynəlxalq Kembric Məktəbinin bütün siniflərində ingilis dilini, eyni zamanda müəllimlər üçün davamlı təlimlər keçiriləcək.
Sonra Fabian Chavez müəllimlərlə akademik fəaliyyəti zamanı qazandığı təcrübəni və Kembric Məktəbi üçün tədris metodları, şagirdlərin psixologiyasına uyğun ən müasir qaydaları paylaşıb. O, müəllimlərə konstruktiv feedback-lər verərək maraqlı təlim üsullarını bölüşüb.
Qeyd edək ki, NDU-nun Beynəlxalq Kembric Məktəbində dünyaya müsbət töhfə verən qlobal vətəndaşlar kimi yetişdirərək Kembric kurikulumu vasitəsilə tənqidi düşüncəyə sahib, effektiv ünsiyyət bacarıqları olan gələcəyin liderləri hazırlanır. Məktəbin əsas missiyası multikultural dəyərlərə sahib, sosial ədaləti dəstəkləyən və qlobal problemlərin həllinə töhfə verə bilən, ömürboyu təhsili hədəfləyən şagirdlərimizi gələcəyin dünyasına hazırlamaqdır.
Digər xəbərlər