NAXÇIVAN :

03 Oktyabr 2024, Cümə axşamı

Nazir: "Yaşıl" iqtisadiyyata keçidin insan kapitalına təsiri bütün ölkələri narahat edir

...

"Yaşıl" iqtisadiyyata keçidin insan kapitalına təsiri bütün ölkələri narahat edir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə bildirib.

Onun sözlərinə görə, yaşıl iqtisadiyyata keçidin insan kapitalına, xüsusilə əmək sferasına təsiri Azərbaycan daxil olmaqla bütün ölkələri narahat edən problemlərdən biridir: "Bu, ən yaradıcı və mütərəqqi yanaşmaları tələb edir. Hazırda qloballaşan dünyada narahatlıq doğuran yeni çağırışlar meydana gəlir. Bu çağırışlar xüsusilə əlilliyi olan şəxslərə, qadınlara təsir göstərir. Qlobal istiləşmənin qarşısının alınması, qlobal çağırışlarla bağlı yaşıl iqtisadiyyata keçid qaçılmazdır".

Nəşr edilib : 02.10.2024 10:18