Tramp: Zelenskiyə müharibəyə son qoymaq istədiyimi...
00:20 30.07.2026
0
0
0
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı açıqlama verib.
"Şərq qapısı" xəbər verir ki, nazir Türkiyənin müxtəlif bölgələrində yanğınlarla mübarizənin qətiyyətlə davam etdiyini bildirib.
Onun sözlərinə görə, Türkiyənin Yalova, Çanaqqala və Kütahya vilayətlərində baş verən yanğınlar tamamilə nəzarət altına alınıb. Muğla, Antalya, Balıkesir və Çanaqqalanın Ayvacık rayonundakı yanğınların xeyli hissəsi söndürülüb.
Antalyanın Alanya bölgəsindəki yanğına isə müdaxilə davam edir.
Qeyd edək ki, yanğınların baş verdiyi bölgələrdən yüzlərlə insan və böyük baş heyvan təxliyə edilib.
Digər xəbərlər