NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Nazir: Suqovuşan və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olaraq başlayacaq

...

Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da 10-a yaxın məktəbimizin fəaliyyəti təmin ediləcək.

Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Suqovuşan və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq: “2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.

Nəşr edilib : 10.09.2024 13:55