NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Nazir: Rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər mifdir

...

Rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər mifdir.

"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, dövlət heç bir vətəndaşa övladını hansı dildə və ya hansı sektorda təhsilə yönləndirməli olduğunu diktə edə bilməz.

Nazir vurğulayıb ki, rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir, bu, sadəcə bir mifdir.

Nəşr edilib : 30.06.2026 14:10